Vasif Talıbovun oğlunun işdən çıxarılmasına Universitetdən reaksiya


Xəbər verdiyimiz kimi, bu gün mətbuatda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymur Talıbovun Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən azad edilməsi ilə bağlı məlumat yayılıb.

Məlumatı dəqiqləşdirmək üçün Naxçıvan Dövlət Universiteti ilə əlaqə saxladıq.

Universitetin ümumi şöbəsindən Bakupost.az –a bildirilib ki, onlarda bu barədə hansısa məlumat yoxdur.

“Seymur Talıbov başqa şöbədə olur, mən başqa. Bilmirəm, hazırda şöbədədir, ya yox. Bizə onun işdən çıxıb-çıxmaması ilə bağlı məlumat verilməyib”, - deyə ümumi şöbənin əməkdaşı vurğulayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu