İran mediası erməni separatçılarının atəşkəsi pozmasını Azərbaycanın iddiası adlandırdı


İran mediası erməni separatçılarının atəşkəsi pozmasını Azərbaycanın iddiası adlandırıb.



Musavat.com xəbər verir ki, “İran Emrouz” saytı Qarabağda qanunsuz yerləşən silahlı erməni birləşmələrin Azərbaycan mövqelərini atəşə tutması xəbərini qərəzi şəkildə Azərbaycan tərəfinin iddiası adlandırıb:

“Bakı Ermənistan silahlı qüvvələrinin onun mövqelərinə hücum etdiyini iddia edib. Azərbaycan Respublikası Ermənistan silahlı qüvvələrinin Qarabağda ölkənin hərbi mövqelərinə hücum etdiyini iddia edir. Azərbaycan Müdafiə Nazirliyi çərşənbə günü Qarabağın Şuşa və Ağdam rayonları ərazilərində ölkənin hərbi mövqelərinin erməni silahlı dəstələrinin üzvləri tərəfindən hücuma məruz qalması barədə məlumat yayıb. Nazirliyin məlumatına görə, bu hücum Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazilərdə baş verib.", - deyə saytda qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu