Dərman vasitələrinin yeni dövlət qeydiyyatına alınması qaydası təsdiqlənəcək


Dərman vasitələrinin yeni dövlət qeydiyyatına alınması qaydası təsdiqlənəcək.



AFN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Dərman vasitələri haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 4 ay müddətində dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatına alınması, dövlət reyestrinə daxil edilməsi və dövlət reyestrinin aparılması qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Həmçinin, Nazirlər Kabineti 4 aya Azərbaycan Respublikasında istehsal olunan dərman vasitələrinin istehsalçıları tərəfindən təqdim edilən məlumatların dairəsini müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və yaradılacaq “Dərman vasitələrinin təqib və izləmə sistemi”nin formalaşdırılması, aparılması və saxlanılması ilə əlaqədar xərclərin cari ildə dövlət büdcəsində nəzərdə tutulmuş vəsait çərçivəsində maliyyələşdirilməsi üçün, növbəti illərdə isə dövlət büdcəsi layihələrində müvafiq vəsaitin nəzərdə tutulması üçün tədbirlər görməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu