Priqojinin ölümündən sonra Putinin bu məşhur sözü gündəm oldu


“Vaqner”in yaradıcısı Yevgeni Priqojinin olduğu təyyarənin qəzaya uğraması dünya mətbuatının gündəmini zəbt edib.



AFN.az xəbər verir ki, məşhur nəşrlər Priqojinin ölümü ilə bağlı müxtəlif versiyalar yazırlar. Kremlə qarşı üsyan qaldırmış “Vaqner”in yaradıcısının müəmmalı qəzada ölməsindən sonra Rusiya Prezidentinin məşhur deyimi bir daha xatırlandı.

“Vaqner”in üsyanından sonra Rusiya prezidenti Vladimir Putin demişdi: “Bağışlamayacağım yeganə şey xəyanətdir”.

Priqojinin də olduğu təyyarə qəzaya uğradıqdan sonra Putinin bu açıqlaması yenidən müzakirə mövzusuna çevrilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu