Paşinyan bu vəzifələrə kadr tapa bilmir


Ermənistan hökumətinin başçısı bir neçə aydır boş qalan bəzi yüksək vəzifələrə layiqli kadr tapa bilmir. Modern.az-ın məlumatına görə, bu haqda Ermənstan KİV-ləri yazıb.



Qeyd edilib ki, Hərbi Xidmətə Çağırış Xidmətinin rəisi vəzifəsi 3 aydan çoxdur ki, boşdur.
Avqustun sonunda Armen Avtandilyan həmin vəzifədən azad edilib. Onun istefaya göndərilməsi hüquq-mühafizə orqanlarının qurumda korrupsiya faktları aşkarlaması, xeyli sayda çağırışçının hərbi xidmətdən yayınması halları ilə bağlı olub.

“Hakimiyyət onu daha ​​güclü kadrla əvəzləmək istəyir. Lakin məsələ burasındadır ki, hələ də əvəzləyici tapmayıblar və müvəqqəti inzibatçı işin “idarəsi” ilə məşğuldur”, - mətbuat yazır.


Ermənistanda Penitensiar Xidmətin rəisi vəzifəsində də vəziyyət eynidir. Avqustun 5-dən Sergey Atomyan vəzifədən azad edildikdən sonra bu xidmət rəissiz qalıb.

“Rəsmi dairələr də bu vəzifəyə uyğun namizəd tapa bilmədiklərini bildirirlər. İstintaq Komitəsinin keçmiş rəhbəri Hayk Qriqoryana Penitensiar Xidmətə rəhbərlik etmək təklif olunsa da, o, razılaşmayıb”, yerli KİV-lərin məlumatında deyilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu