Nabrana gedərkən qəzada ölənlər “Legion” klubunun üzvləri imiş - FOTOLAR


Bu gün Bakı-Quba yolunda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə bəzi faktlar üzə çıxıb.


“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəzaya uğrayan “Mercedes Vito” markalı avtomobildə olan şəxslər keçmiş hərbçilər, “Legion” Hərbi-Vətənpərvərlik Klubunun üzvləri imiş.

Onlar Bakıdan Nabrana istirahətə gedərkən Kamil Talışınskinin idarə etdiyi avtomobil aşıb.
Ətraflı

Qeyd edək ki, dünyasını dəyişən keçmiş hərbçilərdən İham Əliyev Birinci Qarabağ müharibəsində də iştirak edibmiş. Onlar həm də Vətən müharibəsi iştirakçısı olub.

Xatırladaq ki, qəza nəticəsində sürücü 1980-ci il təvəllüdlü Kamil Talışinski, 1999-cu il təvəllüdlü Əli Səfərov müxtəlif bədən xəsarətləri ilə Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 2006-cı il təvəllüdlü İsbat Səlimov, 1966-cı il təvəllüdlü İlham Əliyev və 1979-cu il təvəllüdlü Məhərrəm Həsənov isə vəfat edib.

Qəzada ağır yaralanan sürücünün və vəfat etmiş Məhərrəm Həsənovla İlham Əliyevin fotolarını təqdim edirik:










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu