Moskva-Yerevan reysinin sərnişini dünyasını dəyişib


Ötən gecə Moskva-Yerevan reysi ilə uçan 60 yaşlı sərnişin dünyasını dəyişib.


AFN.az xəbər verir ki, bu barədə news.am saytına Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.

İyulun 10-da saat 01:15-də Yerevan Zvartnots Beynəlxalq Hava Limanının aviasiya təhlükəsizliyi stansiyasının xətt şöbəsindən Moskva-Yerevan reysini həyata keçirən təyyarədə 1963-cü il təvəllüdlü sərnişin Amaliya P.-nin şikayət etməsi barədə məlumat daxil olub. Daha sonra onun bioloji ölümü elan edilib.

Hadisə yerinə əməliyyat-istintaq qrupu cəlb edilib. Kənar ekspertiza mərhumun bədənində hər hansı zorakılıq əlamətləri aşkar etməyib.

Sənədlər hava limanının istintaq şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu