Məkkədə güclü yağış və tufan olub


Səudiyyə Ərəbistanının Məkkə şəhərində yağan şiddətli yağış və tufan Kəbədə ibadət edən müsəlmanlar üçün çətin anlar yaşayıb.


Kəbədə namaz qılan müsəlmanların əksəriyyəti əlverişsiz hava şəraitinə baxmayaraq ibadətlərini davam etdiriblər.

Şiddətli fırtına insanların hərəkətinə çətinlik yaratsa da, zəvvarlar bir çox təhlükəsizlik baryerlərini aşa biliblər.

Məkkə Mülki Müdafiə Müdirliyi xalqı pis hava şəraitinə qarşı diqqətli olmaları barədə xəbərdar edərək, elektrik sızması və ani daşqınlara qarşı diqqətli olmalarını istəyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu