Məkkədə Kral Saat Qülləsinə ildırım düşüb


Səudiyyə Ərəbistanının Məkkə şəhərində güclü yağış yağıb.


AFN.az yerli mediaya istinadən xəbər verir ki, Məkkədə dünyanın ən hündür binalarından biri olan 601 metr hündürlüyündəki Kral Saat Qülləsinə ildırım düşüb və gecənin gündüzə çevrildiyi anlar kameralara düşüb.

Şiddətli yağışa baxmayaraq, Kəbədəki müsəlmanlar namaza davam ediblər.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsi Səudiyyə xalqını və turistləri leysan yağışları və daşqınlara qarşı xəbərdar edib və elektrik cərəyanı keçirən metal əşyalarla təmasdan çəkinməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu