Köpəkbalığı yeniyetməyə hücum etdi


Avstraliyada köpəkbalığı sörfinqlə məşğul olan yeniyetməyə hücum edib. Vəhşi az qala gəncin ayağını qoparırmış.


16 yaşlı Julian McLennan Taree yaxınlığında gəmiyə minərkən yırtıcı balıq onun ayağından yapışıb. "Dalğaların üzərində üzürdüm ki, bir şey məni tutdu. Sağa baxıram və sudan çıxan üzgəc və köpək balığının gövdəsini gördüm", - deyə gənc bildirib.

O, etiraf edib ki, sahilə doğru avarçəkən zaman əzasının hələ də orada olub-olmadığını bilməyib. MakLennan dərhal sahilə yaxınlaşan dostu Aleksə köpək balığının ona hücum etdiyini deyib. "Sudan çıxanda yaramdan güclü qan axırdı" - gənc yaşadıqlarını danışarkən belə deyib.

Onun dostu Aleks isə hadisə haqda deyib: "Təcili yardımın ora çatması çox vaxt apardı və dişləmə yarasının nə qədər ciddi olduğunu bilmirdim. Ona görə də mümkün qədər tez həkimə qaçırmaq qərarına gəldim".

Həkimlər MakLennanı müayinə edib və onun budunda dərin kəsiklər aşkar ediblər. Köpəkbalığı az qala bud arteriyasını qoparırmış ki, bu da ciddi nəticələrə səbəb ola bilərdi. Gənc bildirib ki, onun ayağının çox hissəsini yırtıcı balığın dişlərindən sörfinq taxtası qoruyub.

MakLennan onu xilas etdikləri üçün dostlarına təşəkkür edib və hələlik suya qayıtmaq fikrində olmadığını bildirib. "Hələ bir az şokdayam, amma bir gün yenə orada olacağam" - deyə o qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu