Köpək balığı çimərliyə gedənlərin gözü qarşısında insana hücum edib


ABŞ-ın Cənubi Karolina ştatında Hilton Head Island sahillərindəki çimərlikdə istirahət edənlərin gözü qarşısında köpək balığı üzgüçüyə hücum edib.


AFN.az-ın məlumatına görə, bu barədə "Fox News" xəbər verib.

Sea Pines çimərliyində bir yırtıcı balıq beli qədər suda olan adama yaxınlaşaraq ayağından dişləyib. Hücumdan sonra çimərlik müvəqqəti olaraq bağlanıb.

Hadisə yerinə gələn xilasedicilər kişini xəstəxanaya aparıblar. Onun səhhətini barədə məlumat verilmir. Ona hücum edən köpək balığının növü məlum deyil.

Bundan əvvəl ABŞ-ın Florida ştatının Nyu Smyrna-Biç şəhərindəki çimərlikdə suda oturan kişini köpək balığının dişlədiyi bildirilmişdi. Amerikalı kürəyindən yüngül xəsarətlər alıb və xəstəxanaya yerləşdirilməkdən imtina edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu