Türkiyənin Tokat şəhərində 5,6 bal gücündə zəlzələ baş verdi


Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda 5,6 bal gücündə zəlzələ baş verib.



AFAD-ın saytında yer alan məlumata görə, zəlzələ yerli vaxtla saat 18.11-də episentri Sulusaray rayonu olan 5,6 bal gücündə qeydə alınıb.

Zəlzələnin 5,99 kilometr dərinlikdə yerləşdiyi müəyyən edilib.

Zəlzələ ətraf əyalətlərdə də hiss olunub.

AFAD zəlzələ ilə bağlı hadisələri izlədiklərini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu