“Turan Tovuz” ilkə imza atıb


“Turan Tovuz” tarixində ilkə imza atıb.


Ayxan Abbasovun yetirmələri buna Premyer Liqanın I turunda nail olub.

Tovuz təmsilçisi “Araz-Naxçıvan”a 3:0 hesabı ilə qalib gəlib. Bu, klubun tarixində Premyer Liqada səfərdəki ilk böyükhesablı qələbə olub.

Buna qədər qərblilər yalnız bir dəfə rəqib meydanında 3 qol vurub. Mayın 1-də “Zirə”ni 3:1 hesabı ilə yenən “Turan Tovuz” bu dəfə səfərdə qapısını da toxunulmaz saxlayıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” “Turan Tovuz”u Mərdəkanda yerləşən “Dalğa Arena”da qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu