Məşhur geyim mağazaları şəbəkəsinin 1 milyon manat borcu üzə çıxdı


Bakıda məşhur geyim mağazaları və kofeşoplar şəbəkəsini özündə birləşdirən "Novco" şirkətinin dövlətə 1 milyon manata yaxın borcu üzə çıxıb.


Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Nicat Əliyev Məmmədrəsul oğlu olan "Novco" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 994 min 121 manat 27 qəpik borcu yaranıb.

Artıq "Novco”ya daxil olan iki şirkət iqtisadi fəaliyyət qaydalarını pozduğuna görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib olunan protokollar əsasında Nəsimi Rayon Məhkəməsinə verilib.

Qeyd edək ki, "Novco" MMC-yə "OVS”, "Accessorize”, "Benetton” kimi geyim mağazaları şəbəkəsi, eləcə də "The Bagel Bar”, "Second Cup”, "Shakespeare” kimi məşhur restoran və kofeşoplar şəbəkəsi daxildir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu