"Medistyle Hospital": "Heç bir şöbəmiz bağlanmayıb, vergi borcumuz da yoxdur"


"Medistyle Hospital”ın dövlət vergi xidmətinə külli miqdarda borcu olması ilə bağlı yayılan məlumatlara şirkət tərfindən aydınlıq gətirilib.


Şirkətdən Qaynarinfo-ya daxil olan məlumatda bildirilir:

"Yayılan məlumatlar həqiqəti əks etdirmir. Çünki hospitalın Dövlət Vergi Xidmətinə borcu yoxdur. Xəstəxanamız hazırda da yüksək səviyyədə vətəndaş qəbulunu həyata keçirir. Heç bir şöbəmiz bağlanmayıb”.

Qeyd edək ki, yayılan məlumatda bildirilirdi ki, nizamnamə kapitalı 3 milyon 948 min 855 manat olan "Medistyle" Məhdud Məsuliyyətli Cəmiyyətinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 680 min 897 manat 51 qəpik borcu yaranıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu