Azərbaycanda ərzaq məhsulları bir ayda 16 faiz bahalaşdı


2021-ci ilin dekabr ayında Azərbaycanda istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,6 %, 2020-ci ilin dekabr ayı ilə müqayisədə isə 112 % təşkil edib.


Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 102,6 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 115,8 %, qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,7 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 116,2%, ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,9 %, əvvəlki ilin dekabr ayı ilə müqayisədə 110 % təşkil edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu