Azərbaycanda qolf turizmi imkanları böyükdür


“Qolf turizmi çox bahalı və əyləncəli bir turizm növüdür. Biz Azərbaycanda yeganə şirkətik ki, qolf turizmi ilə məşğul oluruq. Bununla bağlı sertifikatımız da var”.


“Zakher Travel” şirkətinin direktoru Cəfər Qarayevin AFNaz-a dediyinə görə, bu yaxınlarda Hindistandan bir qrup qolfçunu Bolqarıstandakı bir turizm şirkətinin xətti ilə Azərbaycana gətiriblər. Onlar həm Bakıda, həm də Qubada qolf klubunda qolf oynayıblar.
Cəfər Qarayev deyir ki, Azərbaycanda iki qolf mərkəzi var. Şirkət olaraq çalışırlar ki, isti ölkələrdə yayda qolf oynaya bilməyənləri ölkəyə cəlb etsinlər: “Çünki onlar əsasən soyuq Avropa ölkələrinə üz tuturlar. Orada da qiymətlər çox bahadır. Təbliğat aparmaqla qolf həvəskarlarını nisbətən ucuz qiymətlə Azərbaycana cəlb etməyə çalışırıq. Bu istiqamətdə potensialımız var, sadəcə, dövlət tərəfindən də dəstək olsa, çox yüksək nəticələr əldə edə bilərik. Formula 1 kimi qolf yarışlarını da keçirməliyik ki, təbliğat olsun”.
Şirkət rəhbəri bildirib ki, Qərb ölkələrindən turist cəlb etməyin açarı aşağı büdcəli hava yollarının açılmasıdır: “Azərbaycanda beynəlxalq status almış 7-yə yaxın hava limanı var. Bunlardan birinin turizm məqsədilə fəaliyyətinə şərait yaratsınlar. Bu, turizmin inkişafına çox böyük təkan olardı. Adi bir misal deyim. Gürcüstanın Kutaisi bölgəsində çox da gəzməli-görməli yerlər yoxdur. Amma orada hava limanı olduğuna görə bütün aşağı büdcəlilər ora uçur”.

FƏXRİYYƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu