Sabiq vitse-prezidentlərə -da vəzifə verildi


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) daha 3 keçmiş vitse-prezidentinə - Xalik Məmmədov, Yaşar Lətifov və Daşqın İsgəndərova şirkətdə yeni vəzifə verilib.


AFN.az Report-a istinadən xəbər verir ki, onlar SOCAR prezidenti Rövşən Nəcəfin müşavirləri təyin ediliblər.

Qeyd edək ki, bundan əvvəl SOCAR-ın vitse-prezidenti vəzifəsində çalışmış Süleyman Qasımov da R.Nəcəfin iqtisadi məsələlər üzrə müşaviri təyin olunub. O, həmçinin “Petkim”in İdarə Heyətinin sədri, “SOCAR Türkiyə” və “SOCAR Ukrayna” şirkətlərinin İdarə Heyətinin üzvü kimi fəaliyyətini davam etdirəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Prezident İlham Əliyev SOCAR-ın 5 vitse-prezidentinin vəzifələrindən azad olunmaları ilə bağlı Sərəncam imzalayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu