“Veteninfo.az” İnformasiya Agentliyinin 10 yaşı tamam olur


Bu gün "Veteninfo.az” İnformasiya Agentliyinin fəaliyyətə başlamasının növbəti ildönümüdür.


Agentliyin fəaliyyətə başlamasından 10 il ötür.

Veteninfo.az 2012-ci ilin martın 17-də fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Saytın təsisiçisi və baş redaktoru tanınmış jurnalist Nahid Canbaxışlıdır.

www.veteninfo.az domeni ilə fəaliyyət göstərən sayt vasitəsilə gün ərzində Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır.

Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, reportajlar, müəllif yazıları, təhlil və araşdırmalar, eləcə də şou və əyləncə xəbərləri geniş oxucu kütləsinə təqdim olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu