Zamin Hacı sərbəst buraxıldı: “Qaydalar hamı üçündür..." (YENİLƏNİB)




Bu gün karantin qaydalarını pozduğu üçün polis bölməsinə aparılmış "Yeni Müsavat” qəzetinin köşə yazarı Zamin Hacı sərbəst buraxılıb.



Qaynarinfo xəbər verir ki, bu barədə jurnalistin xanımı Sevinc Telmanqızı özünün "Facebook” səhifəsində yazıb.

"Dostlar, narahatlıq üçün üzr istəyirəm. Artıq Zamini buraxıblar. Protokolu, cəriməsini yazıblar, evdədi. Maraqlanan, zəng edən bütün dostlara təşəkkürlər. Məncə, qaydalar hamı üçündür. Biz də jurnalistlər olaraq buna əməl etməliyik” deyə, S.Telmanqızı yazıb.

11.11

Köşə yazarı Zamin Hacı Binəqədi Rayon Polis Şöbəsinin 6-cı polis bölməsinə aparılıb.

Qaynarinfo xəbər verir ki, bu haqda xanımı, jurnalist Sevinc Telmanqızı video paylaşıb.

Z. Hacı evinin qarşısından götürülüb, polis maşınına mindirilib.

Səbəb karantin rejimini pozmaq göstərilib. Belə ki, evinin qarşısındakı küçəyə çıxıb idman edən yazarı əraziyə nəzarət edən polislər saxlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu