"Qarabağ"a erməni komandası deyən türkiyəli idman yazarı ÜZR İSTƏDİ


Ötən gün türkiyəli köşə yazarı Gürcan Bilgic "Qarabağ"ı Ermənistan komandası kimi təqdim etmişdi.



G.Birgic etdiyi səhvə görə Azərbaycan xalqından üzr istəyib.

O, bildirib ki, yorğun olduğu üçün "Qarabağ" sözünü səhv başa düşüb.

"Əziz bacı və qardaşlarım, qəzəbinizi başa düşürəm. Canınız sağ olsun. Gecə saat 01:30-da günün yorğunluğundan ağlım qarışdı. "Qarabağ", "Qaradağ" deyərkən bir xəta etdim. Qüsuruma baxmayın. Sizləri qırmışamsa üzr istəyirəm. Haqqınızı halal edin" - deyə Bilgic deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu