BMT Azərbaycan və Ermənistana çağırış etdi


“BMT-nin ərazidə (Qarabağda-red) monitorinq missiyası yoxdur. Biz bütün tərəfləri mülki vətəndaşların təhlükəsizliyini və sakitliyini təmin etmək üçün bu günə qədər razılaşdırılmış müqavilələrə hörmət etməyə çağırırıq”.


Bunu Birləşmiş Millətlər Təşkilatının sözçüsü Stefan Dujarrik mətbuat konfransında Ermənistanın Azərbaycanla sərhədin Naxçıvan Muxtar Respublikasından keçən hissəsində atəşkəs rejiminə riayət etməməsi və atəşkəsi müxtəlif istiqamətlərdə pozmasına beynəlxalq təşkilatın səssiz qalması ilə bağlı sualını cavablandırarkən bildirib.

BMT sözçüsü tərəfləri razılaşdırılmış müqavilələrin şərtlərinə riayət eməyə çağırıb. (Report)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu