Bayden və Makron Rusiyaya təzyiqi artırmaq barədə razılığa gəldi


ABŞ prezidenti Co Bayden və fransalı həmkarı Emmanuel Makron Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə razılaşıblar.


Bu barədə CNN telekanalı məlumat verib.

Ağ Evdən bildirilib ki, telefon danışığı zamanı hər iki lider "son diplomatik təmasları nəzərdən keçirib və Rusiyanın hərəkətlərinə görə məsuliyyət daşımağa, habelə Ukrayna hökumətinə və xalqına dəstək verməyə sadiq olduqlarını vurğulayıblar”.

Öz növbəsində, Yelisey Sarayı Makronun Bayden və Ukrayna prezidenti Vladimir Zelenski ilə atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq barədə ayrı-ayrılıqda danışıqlar apardığını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu