Ermənistan və Azərbaycan arasında birbaşa əlaqə: İrəvandan açıqlama


Ermənistan və Azərbaycanın Müdafiə nazirlikləri arasında xüsusi əlaqə yaradılıb.


Bu barədə erməni mediasının sorğusuna cavab olaraq Ermənistan Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyi nazirliklərlə dəqiq necə - telefon, videobağlantı və ya digər şəkildə əlaqə saxladığını deməkdən imtina edib. Silahlı Qüvvələrin baş qərargah rəisi Hamlet Batikyan qeyd edib ki, rabitə təhlükəsizliyinin təmin edilməsi zərurətindən çıxış edərək əlavə məlumat vermək mümkün deyil.

Müdafiə Nazirliyi sonuncu təmas nə vaxt yaradılıb və bunun nəticəsində hansı məsələlərin həlli ilə bağlı suala cavab vermək istəməyib.

Nazirlik qeyd edib ki, Ermənistanın dövlət sərhədində vəziyyət sabitdir və Rusiyanın Qarabağda yerləşən sülhməramlı qüvvələri ilə birlikdə sərhəddə insidentlərin qarşısının alınması və aradan qaldırılması üçün daim iş aparılır. (Musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu