Kreml Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına reaksiya verib


Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Rusiya Dövlət Dumasının İqtisadi siyasət komitəsinin sədr müavini Mixail Delyaginin Azərbaycanla bağlı təxribatçı çıxışına münasibət bildirib.


O, keçirdiyi mətbuat konfransında bununla bağlı sualı cavablandırıb.

"Bu, şəxsi emosiyalarla əlaqədardır. Biz bu emosiyaları cilovlamağa və belə bəyanatlardan çəkinməyə çağırardıq, xüsusən də bizim tərəfdaşlarımıza münasibətdə. Azərbaycan tərəfdaş dövlətlər kateqoriyasına aiddir”, - D.Peskov deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu