İsxak Hersoq: İsrail Azərbaycana mühüm strateji tərəfdaş kimi baxır


Azərbaycanda rəsmi səfərdə olan İsrail Prezidenti İsxak Hersoq səmimi qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.


“Report” xəbər verir ki, bu barədə İ.Hersoq tviter səhifəsində yazıb.

“Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm. İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır”, - İsrail Prezidenti qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu