Avropa Komissiyası Polşaya Avropa İttifaqının büdcəsindən 137 milyard avro ayıracaq


Gələn həftə Avropa Komissiyası Avropa İttifaqının büdcəsindən Polşaya 137 milyard avro ayrılması barədə qərar verəcək.



Bu barədə Ursula fon der Leyen fevralın 23-də Polşada AŞ-nin saytında yayımlanan mətbuat konfransında bildirib.

“Gələn həftə Avropa Komissiyası indiyədək bloklanmış Avropa fondlarının Polşaya ayrılması ilə bağlı iki qərar qəbul edəcək. Nəticədə Polşa Next Generation EU fondundan və Birlik Fondundan 137 milyard avro alacaq”, - deyə fon der Leyen efirdə bildirib.

Avropa Komissiyasının rəhbəri əlavə edib ki, vəsait Polşada məhkəmə sisteminin müstəqilliyinin təkmilləşdirilməsi üçün başlanmış islahat sayəsində köçürüləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu