Avropa Komissiyas "Apple"ı 1,84 milyard avro cərimələyib


Avropa Komissiyası (AK) Amerikanın “Apple” şirkətini “Apple Music” musiqi axını proqramının bazar mövqeyindən sui-istifadə etdiyinə görə 1,84 milyard avro cərimələyib.


Bu barədə AK sədrinin müavini Marqret Vestager Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

"Bu gün Avropa Komissiyası musiqi axını proqramları bazarındakı dominant mövqeyindən sui-istifadə etdiyinə görə "Apple"ı 1,84 milyard avro cərimələyib. "Apple" musiqi axını proqramı tərtibatçılarının istehlakçıları Apple ekosistemindən kənar musiqi almaq üçün daha ucuz variantlar haqqında məlumatlandırmaq imkanını qanunsuz olaraq məhdudlaşdırıb", - deyə Vestager bildirib. O vurğulayıb ki, "Apple"ın təcrübələri Avropa antiinhisar qaydalarını pozur” və “Apple Music" tətbiqinin avropalı rəqiblərinin imkanlarına zərbə vurur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu