İranda seçkilərdə iştirak 41 faizdir


Qeyri-rəsmi nəticələrə görə, İranda keçirilən 12-ci Dövr Parlament və 6-cı Dövr Ekspertlər Assambleyası seçkilərində 41 faizə yaxın iştirak olub.


İranın rəsmi agentliyi İRNA dəqiq olmayan nəticələrə əsaslanan xəbərində ölkədə parlament və nəzarət və vəzifədən azad etmək səlahiyyətinə malik olan Ekspertlər Məclisinə keçirilən seçkilərdə təxminən 25 milyon seçicinin sandıq başına getdiyini açıqlayıb.

Ölkə daxilində cəmi 61 milyon 172 min 298 seçici məclisdə 290, Ekspertlər Məclisində isə 88 üzvlüyə səs vermək hüququna malik olduğu halda, verilən səslər ümumi səslərə görə təxminən yüzdə 41 olub.

Yenə qeyri-müəyyən nəticələrə görə, paytaxt Tehranda seçicilərin təxminən 25 faizi sandıq başına gedib.

Ölkə mətbuatında yer alan xəbərlərdə qeyri-rəsmi statistikaya görə Qumda seçkilərdə iştirakın 49,7, Sistan-Bəlucistanda 43, Rəzəvi Xorasanda 40, İlamda 55, Luristanda isə 47 faiz olduğu qeyd edilib.

O da bildirilib ki, Cənubi Xorasan əyalətindən Ekspertlər Məclisinin üzvlüyünə namizəd olan İran prezidenti İbrahim Rəisi qeyri-rəsmi nəticələrə görə 80 faizdən çox səs toplayıb.

Xəbərlərdə bildirilirdi ki, bəzi bölgələrdə namizədlər lazımi səs toplaya bilmədiyi üçün seçkilər ikinci tura təxirə salınıb.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu