Cənubi Koreyadan İranla bağlı xəbərdarlıq


Cənubi Koreya İranın İsrailə hava zərbələri endirməsindən sonra öz vətəndaşlarına İranın bəzi bölgələrinə səyahət etməmələri barədə xəbərdarlıq edib.



Yonhap xəbər agentliyinin məlumatına görə, Cənubi Koreya Xarici İşlər Nazirliyi Yaxın Şərqdə artan gərginlikdən sonra İrana səfər xəbərdarlığı edib.

Nazirliyin bəyanatında İranın bəzi bölgələrinə, xüsusilə Sistan və Bəlucistan əyalətlərinə və Xuzistan, Buşəhr və Hörmüzqan əyalətlərinə səfər etməmək tövsiyə edilib.

Cənubi Koreya vətəndaşları İrana planlaşdırılan səfərlərini ləğv etməyə, bölgə sakinləri isə fövqəladə hallar istisna olmaqla təhlükəsiz ölkələrə getməyə çağırılıb.

Açıqlamada nazirliyin İrandakı təhlükəsizlik vəziyyətini yaxından izləyəcəyi və lazım gələrsə əlavə tədbirlər açıqlayacağı qeyd edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu