Dərnada bütün yeraltı su ehtiyatlarında bakterial çirklənmə aşkarlanıb


Liviya Milli Birlik Hökuməti ölkənin şərqində baş verən daşqından sonra Dərna şəhərindəki bütün yeraltı su ehtiyatlarında kanalizasiya sularının qarışması və meyitlərin parçalanması nəticəsində bakterial çirklənmənin aşkar edildiyini açıqlayıb.


Liviya Milli Birlik Hökumətinin Yerli Rəhbərlik Nazirliyinə bağlı Ətraf Təmizlik İşləri Baş İdarəsi mövzu ilə bağlı açıqlama verib. Bildirilir ki, qruplar dəniz suyunu limandakı təmizləyici qurğuya çəkən boruda su analizi də daxil olmaqla, su ehtiyatlarının hərtərəfli təhlillərini apararaq təsirə məruz qalan şəhərlərdə su ehtiyatlarının tədqiqini davam etdirirlər.

Sözügedən boru böyük miqdarda dəniz suyunu çəkərək Dərna və dəniz suyunun şirin su ilə təmin edilməsində mühüm mənbə olan təmizləyici qurğuya yönləndirdiyi üçün regionda dəniz suyunun duzsuzlaşdırılması prosesinin mühüm tərkib hissəsi hesab olunur.

"Təhlillərin nəticələri göstərdi ki, bütün dövlət və özəl yeraltı su ehtiyatları mikrobla çirklənib. Nəticələr həmçinin dəniz suyunun çirkab sulara qarışması və oradakı meyitlərin parçalanması nəticəsində kimyəvi və bakterial çirklənməyə məruz qaldığını göstərib" - deyə açıqlamada qeyd edilir.

Qruplar suyu dezinfeksiya etmək üçün həb şəklində xlor paylamaqla yanaşı, vətəndaşları sudan təhlükəsiz istifadə qaydaları ilə bağlı istiqamətləndirirlər.

Bundan əlavə, açıqlamada müxtəlif su mənbələrindən su nümunələri götürülərək laboratoriyalarda analiz edildiyi, analizlərin nəticələri və ekspert tövsiyələrinə uyğun olaraq müvafiq tədbirlərin görüldüyü üçün analiz prosesinin daha bir neçə həftə davam edəcəyinə diqqət çəkilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu