"Mazımçay" gömrük postunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər




Xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.



Komitədən AFN-ə verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin"Mazımçay" gömrük postunun əməkdaşları 50 aztəminatlı ailəyə və yaşı 65-dənyuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə minnətdarlıqlarını bildiriblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu