Qızılcaya təmas olmadan da yoluxmaq mümkündür - Həkimdən XƏBƏRDARLIQ


"Qızılca virusu yalnız insanlarda xəstəlik törədir. Qızlcaya yoluxmuş şəxs bu infeksiyanı yaxın təmaslarda hava-damcı yolu ilə ətrafdakı həssas insanlara yaya bilər".


Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov qızılca ilə bağlı danışarkən deyib. O bildirib ki, hava-damcı yolu ilə yayılmış infeksiya da ağız suyu, burun ifrazatı müəyyən qədər havada qala bilir:

"Qızılca virusunun otaq temperaturunda qalma müddəti təxminən 2 saat çəkir. Bu o deməkdir ki, hətta təmas olmadan belə əhalinin sıx toplaşdığı yerlərdə, qapalı məkanlarda yoluxma mümkündür.

Təbii ki, yoluxmadan sonra gizli dövr var. Bu dövr minimal 6, maksimal 21 gündür. İnsan bu dövrd xəstələnə bilər. Amma yoluxuculuq dövrü səpgilərdən əvvəlki 4-5 gün ərzində və səpgilər meydana çıxandan sonra isə növbəti 4 gün ərzində baş verir.

Ən çox yoluxma potensialı ilkin əlamətlər dövrü və səpgilərin əmələ gəlməsinin ilk günləridir. Səpgilər yaranıqdan 3 gün sonra isə yoluxuculuq qabiliyyəti aşağı düşür".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu