İtaliyada azyaşlıların demək olar ki, üçdə biri yoxsulluğun astanasındadır


İtaliyada 16 yaşınadək uşaq və yeniyetmələrin 28%-dən çoxu yoxsulluq və sosial təcrid riski altındadır.


Bu haqda 2022-ci il üçün məlumatlarda əksini tapıb. Həmin məlumatlar Milli Statistika Agentliyi İSTAT tərəfindən yetkinlik yaşına çatmayanların yaşayış şəraiti ilə bağlı hesabatda təqdim olunub.

Uşaq və yeniyetmələrin demək olar ki, yarısı (46,6%) ölkənin cənub bölgələrində və adalarda yaşayır. Ölkənin mərkəzində (21,4%) və şimalda (18,3%) isə onların sayı təxminən yarısıdır.

İtaliyada əcnəbi yetkinlik yaşına çatmayanlar daha da yüksək yoxsulluq riski altındadır: 41,5%, italyan yetkinlik yaşına çatmayanlar arasında isə 26,9%. Əcnəbi mənşəli ən çox maddi imkansız uşaq və yeniyetmələr cənubda yaşayır (demək olar ki, 90%).



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu