“CanSat Azərbaycan 2023” müsabiqəsinin finalı keçiriləcək


Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə təşkil olunan “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin final gününə hazırlıqlar davam edir.


Bu il sayca beşinci olacaq “CanSat Azərbaycan 2023” müsabiqəsinin artıq 2 mərhələsi – “Qeydiyyat” və “Layihələndirmə” mərhələləri geridə qalıb. Hazırda peyk modellərinin “Reallaşdırma” mərhələsi davam edir.

“Reallaşdırma” mərhələsində ölkənin 10 təhsil müəssisəsini təmsil edən 76 tələbədən ibarət 15 komanda iştirak edir.

29 iyun tarixində baş tutacaq “Uçuş öncəsi yoxlamalar və final uçuş” mərhələsinə keçən iştirakçı komandaların siyahısı 31 may tarixindən sonra elan ediləcək və finalçılar məlum olacaq.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu