Voleybol millimiz Avro-2023-ün final mərhələsində


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.


D qrupunda mübarizə aparan yığmamız səfərdə Avstriyanın qonağı olub. Yığmamız seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.

Beləliklə, bu matçdan sonra millimiz aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi Avro-2023-ün final mərhələsinə yüksəlib.

Qeyd edək ki, millimiz 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısıdır. Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsi isə komandamız üçün 10-cu olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu