Millimiz Gürcüstana qalib gəldi


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində çıxışını davam etdirir.


Millimiz bu gün səfərdə ikinci oyununu keçirib.

Komandamız Gürcüstan kollektivi ilə üz-üzə gəlib. Tbilisidə “Yeni Voleybol Arena”da baş tutan matçdan millimiz qalib ayrılıb. Hər üç setdə rəqibinə qalib gələn yığma aktivindəki xalların sayını 6-ya çatdırıb. Qeyd edək ki, komandamızın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır. Millimiz növbəti oyununu avqustun 28-də Bakıda Avstriyaya qarşı keçirəcək.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək. AVRO-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.

AVRO-2023-ün təsnifat mərhələsi D qrupu 24 avqust Gürcüstan - Azərbaycan 0:3 (14:25, 14:25, 7:25)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu