Hökumət portallarına girişdə problem yarandı - AÇIQLAMA


Azərbaycanda fəaliyyət göstərən bir sıra hökumət portallarına girişdə problem yaranıb. Belə ki, vətəndaşlar portalların xidmətlərindən istifadə edə bilmirlər.


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin Korporativ kommunikasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Murad Əhmədov məsələyə aydınlıq gətirib.

““AzInTelecom” MMC-yə məxsus bəzi avadanlıqlarda müəyyən texniki çətinliklər yaşanır. Yaranan çətinlik qurumlara və vətəndaşlara təqdim edilən xidmət və məhsulların əlçatanlığına müəyyən təsir edə bilər. Hazırda mütəxəssislərimiz tərəfindən çətinliyin aradan qaldırılması istiqamətində müvafiq addımlar atılır. Araşdırmaların nəticəsi barədə məlumat veriləcək. “AzInTelecom” MMC olaraq müvəqqəti çətinliyə görə üzr istəyirik”, - qurum rəsmisi bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu