"Starship"in sınaq uçuşunun 8-ci dəqiqəsində raketlə əlaqə kəsilib


"SpaceX" ən böyük raketi olan Starship üçün ABŞ-ın Texas ştatında ikinci dəfə pilotsuz sınaq uçuşu təşkil edib.


121 metr uzunluğunda və 33 ədəd "Raptor Vacuum" mühərriki olan "Starship" gələcəkdə insanları və inventarları kosmosa daşımaq üçün inşa edilib və uçuşunu problemsiz tamamlayıb.

Raket havaya qalxdıqdan sonra “MaxQ” kimi tanınan maksimum dinamik təzyiq həddini uğurla keçib, lakin buraxılışın 8-ci dəqiqəsində mərkəzlə raket arasında əlaqə kəsilib.

"SpaceX" buraxılışın canlı yayımında "uçuş dayandırma sisteminin" işə salındığını və bununla da raketin kursdan çıxmasının qarşısının alındığını açıqlayıb.

İkinci uçuş testində məqsəd Ulduz gəmisinin 240 kilometr yüksəkliyə qalxması və havaya qalxdıqdan təxminən 90 dəqiqə sonra Havay sahillərində Sakit Okeana enməsi idi.

Apreldə raketin ilk uçuş sınağı 4 dəqiqə davam edib və raket partlayaraq Meksika körfəzinə düşüb.

Sınaq nəticəsi səlahiyyətlilər tərəfindən qənaətbəxş hesab edilərsə, "Starship" kosmosa ilk səfərini edəcək və dünyanın ən güclü raketi olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu