"Azercell" BluTV xidmətini təqdim edir




"Azercell" rəqəmsal məhsullar portfelini genişləndirməyə davam edir.



AFN xəbər verir ki, bu dəfə "Azercell" şirkəti BlutTV ilə eksklüziv tərəfdaşlığa imza ataraq, son illər ərzində dünyada sürətlə populyarlıq qazanan türk kino və seriallarını abunəçiləri üçün əlçatan edir. Aprel ayının 21-dən başlayaraq "Azercell", BluTV vasitəsilə izləmə rekordları ilə seçilən türk kinemotoqrafiyasını, xüsusi olaraq BluTV üçün lentə alınan türk film və seriallarını smartfonlara gətirir.
Xidməti aktiv etmək qaydası çox sadədir: IOS, Android, PC və Smart TV əməliyyat sistemlərini dəstəkləyən BluTV tətbiqini yüklədikdən sonra, gündə 0.25 AZN ödəməklə günlük paketi və ya ayda 3 AZN ödəməklə aylıq paketi aktiv etmək mümkündür. Odur ki, xidmətə günlük qoşulmaq üçün Start gun açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya telefonun ekranında *551#YES yığmaq kifayətdir. Aylıq paketi aktiv etmək üçün isə Start ay açar sözünü 5550 qısa nömrəsinə göndərmək və ya ekranda *554#YES yığmaq lazımdır. Onu da qeyd edək ki, "Azercell"in BluTV xidməti çərçivəsində aylıq abunəliyə ilk dəfə qoşulan müştərilərə xidmətdən 7 günlük pulsuz istifadə imkanı təqdim edilir.
"Azercell"dən BluTV ilə sevdiyiniz seriallar məkandan və zamandan asılı olmayaraq indi smartfonunuzda!

Xidmət haqqında ətraflı məlumat üçün: https://www.azercell.com/az/personal/services/partner_services/blutv/ səhifəsinə daxil olun.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu