Gəncədə hündürlükdən yıxılan şəhid qardaşının vəziyyəti ağırdır - YENİLƏNİB


Xəbər verdiyimiz kimi, Vətən müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşı, 38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.


Xəstəxanadan APA-ya verilən məlumata görə, P.İsgəndərovun vəziyyəti çox ağırdır.

Qeyd edək ki, bu gün P.İsgəndərovun hadisə nəticəsində dünyasını dəyişməsi ilə bağlı xəbər yayılmışdı.

***

Gəncədə bədbəxt hadisə qeydə alınıb.


38 yaşlı Pərviz İsgəndərov yaşadığı evin darvazasında hündürlükdə olan bayrağı dəyişərkən yıxılıb.

O, dərhal xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq, P.İsgəndərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Pərviz İsgəndərov Vətən Müharibəsinin şəhidi Bəhruz İsgəndərovun qardaşıdır.

Şəhid Bəhruz İsgəndərov




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu