Bakıda dövlət qurumunun sürücüsü 900 manatlıq qayda pozdu - VİDEO


Bakıda dövlət qurumuna məxsus avtomobilin sürücüsü əks yola çıxaraq qəza şəraiti yaradıb.


Belə ki, 10-AC-201 qeydiyyat nişanlı "Nissan" markalı xidməti avtomobili idarə edən sürücü fevralın 12-də paytaxtın 20 Yanvar küçəsində qoşa xəttin tələbini pozaraq əks yola çıxıb. Bu zaman qarşıdan gələn sürücünün yolunu kəsərək ona təhlükə yaradıb. Avtomobilin qabaq hissəsinə quraşdırılmış sayrışan işıqları qoşan sürücü heç nə olmamış kimi yoluna davam edib.
AFN.az Avtosfer.az-a istinadən xəbər verir ki, avtomobil "Azərenerjikomplektləşdirmə" dövlət qurumuna məxsusdur.
Qeyd edək ki, qanunvericiliyə görə, bu qurumun xidməti avtomobilləri operativ nəqliyyat vasitələri siyahısında olmadığı üçün, həmin avtomobildə sayrışan işıqların olması qanunsuz hesab edilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu