Gömrük xeyli miqdarda aksiz markasız siqaretlər aşkar edib


Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən xeyli miqdarda aksiz markası olmayan siqaretlərin realizə edilməsinin qarşısını alıb.

Bu barədə AFN Komitəyə istinadən xəbər verir.

Bildirilir ki, daxil olan məlumat əsasında Astara şəhəri ərazisində siqaretlərin "Renault Megane" markalı minik avtomobilinə yüklənərək daşındığı müəyyən edilib.

Keçirilən əməliyyat tədbiri zamanı "Renault Megane" markalı avtomobilin sürücüsü sorğu-sual olunub və avtomobilə gömrük baxışı keçirilməsi məqsədi ilə "Astara" gömrük postunun inzibati ərazisinə gətirilib. Yoxlama zamanı avtomobildə 2 ədəd karton qutularda Azərbaycan Respublikasının müvafiq aksiz markası ilə markalanmayan müxtəlif adda 1 440 ədəd siqaret aşkarlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu