Arif Quliyevin ölüm xəbərinə RƏSMİ AÇIQLAMA


Azərbaycanın Xalq artisti Arif Quliyevin koronavirusdan vəfat etdiyi barədə məlumatlar yayılıb.

AFN xəbər verir ki, sosial şəbəkələrdə “Yeni Klinika”da müalicə olunan aktyorun ötən gün dünyasını dəyişdiyi bildirilib.

Hətta Xalq artistinin ölümü ilə əlaqədar tanınmış simalar da sosial şəbəkələrdə başsağlığı veriblər.

Deyilənlərə aydınlıq gətirmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi ilə əlaqə saxladıq. TƏBİB-dən BAKU.WS-ə bildirildi ki, məlumatlar həqiqəti əks etdirmir. Xalq artısti vəfat etməyib.

Qeyd edək ki, A. Quliyev bir neçə gün bundan əvvəl koronavirusa yoluxub. Onun vəziyyətinin ağırlaşdığı və “Yeni Klinika”ya yerləşdirildiyi bildirilmişdi. Onu 6 gün bundan əvvəl xəstəxanada süni tənəffüs aparatına qoşublar.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu