Arif Quliyevin səhhəti ilə bağlı son vəziyyət AÇIQLANDI


Xalq artisti Arif Quliyevin vəziyyəti ağır olaraq qalır.


AFN xəbər verir ki, bu barədə Oxu.Az-a açıqlamasında “Yeni klinika”nın reanimatoloqu Emil Qasımov məlumat verib.

O bildirib ki, Xalq artistinə hazırda invaziv mexaniki ventilyasiya tətbiq edilib və o, süni tənəffüs aparatının dəstəyi altındadır:

“Hazırda xəstənin parametrləri qənaətbəxş hesab edilmir. Lazım olan bütün tədbirləri görürük. İntensiv müalicə davam etdirilir. Hələ ki, Arif Quliyevin vəziyyəti ciddi-kritikdir”.

Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Xalq artisti Arif Quliyev xəstəxanaya yerləşdirilib. Ötən gün onun ECMO cihazına qoşulduğu barədə məlumat verilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu