Azərbaycanda ət bahalaşdı - VİDEO


Son bir neçə gündür dana ətinin qiyməti bahalaşıb. İndi hər bir kiloqram dana ətinin qiymətində 1 manat, 1.50 qəpik artım var. Belə ki, paytaxtda qəssablar sümüklü hər 1 kiloqram dana ətini 11 manat 50 qəpiyə, 12 manata verirlər.



AFN "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, satıcıların sözlərinə görə, artım son 1 həftədir baş verib.

Həmçinin sümüksüz dana ətinin qiyməti də bahalaşıb. Qiymətlər 15 manat olub.

Bəs bahalaşmanın səbəbi nədir?

Satıcılar bildiriblər ki, danalar rayonlarda bahalaşdığı üçün ətin də qiyməti artıb. Əgər qıtlıq davam edərsə, qiymətlər daha da arta bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu