Naxçıvanda 31 dərəcə isti olub - FAKTİKİ HAVA


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AFN.az-a bildirilib ki, mayın 18-i axşam saatlarından bəzi yerlərdə yağan yağış 19-u gecə saatlarından tədricən kəsilib.

Düşən yağıntının miqdarı Qax, Şahdağ, Ordubad, Gədəbəy, Naftalan, Balakən, Oğuz, Şəki, Tovuz, Daşkəsən, Gəncə, Şəmkir, Tərtər, Zərdab, İsmayıllı, Mingəçevir, Yardımlı və Astarada 3.0 mm-dək olub.

Daşkəsən, Gədəbəy, Göygöl, Şəmkir, Balakən, Biləsuvar, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu mayın 18-də havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 21-26° isti, Naxçıvanda 31°-dək isti, dağlıq rayonlarda 9-15° isti, aran rayonlarında 22-26° isti olub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu