Azərbaycanda inflyasiya səviyyəsi aşağı düşdü


2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya səviyyəsi bir qədər də azalaraq 12,2 faizə düşüb.



AFN.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, inflyasiya qida məhsullarında 14,8 faiz, qeyri-ərzaq mallarında 11 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdə isə 10,4 faiz təşkil edib.

Aylıq müqayisədə iyulda defilyasiya (ucuzlaşma) qeydə alınıb. Ötən ay qiymətlər iyun ayına nisbətən 0,7 faiz azalıb. Qiymət azalması ərzaq mallarında 1,6 faiz olub, qeyri-ərzaq mallarının qiyməti sabit qalıb, pullu xidmətlər isə cəmi 0,1 faiz bahalaşıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu