Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişiklik edildi


Prezident İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturunda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.



AFN.az xəbər verir ki, fərmanla Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1374) ilə təsdiq edilmiş Əlavə 2 – “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strukturu”nda dəyişikliklər təsdiq edilib.

Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu