"Facebook" hesabınızı belə qoruyacaqsınız - VİDEO


"Facebook"da mövcud hesabınızın təhlükəsizliyini təmin etmək üçün ikimərhələli təsdiqləməni aktivləşdirməyiniz tövsiyə olunur.



Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Qeyd edək ki, "Meta Platforms", "Inc"., (ticarət adı "Meta"; əvvəllər "Facebook, Inc".), Menlo Parkda, Kaliforniyada yerləşən Amerika çoxmillətli texnoloji konqlomerat holdinq şirkətidir. Şirkətin məhsullarına "Facebook", "Facebook Messenger", "WhatsApp", "Instagram", "Facebook Watch", "Facebook Portal", "Oculus", "Giphy", "Mapillary" və digərləri daxildir.

2021-ci ilin oktyabrında media orqanları "Facebook"-un ana şirkətinin "Metaverse-ün qurulmasına diqqətini əks etdirmək" üçün adını dəyişməyi planlaşdırdığını bildirib. Həmin ayın sonunda - oktyabrın 28-də "Meta" olaraq rebrendinq edildi.

Həmin videonu təqdim edirik:



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu